www.mlspp.gov.az
Azərbaycanca   English 19.08.2017 - cı il
Xəbər lenti

Dövlət Əmək Müfəttişliyi Xidməti gecikdirilmiş sosial xarakterli ödənişlərdən ibarət 73 473 manat məbləğində vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib                    Cari ilin 7 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərinə 5 milyon 970 min 381 müraciət qeydə alınıb

İctimaiyyətlə əlaqələr / Press-Relizlər
09.08.2017

Elektron arayış sistemində müraciətlərin sayına görə ilk yeri “İş yerinə dair arayış” e-xidməti tutur

   Ötən dövrdə sistemə müraciətlərin 48,7 faizi bu e-xidmətə yönəlib

   Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Elektron hökumət” portalı üzərindən təqdim etdiyi “İş yerinə dair arayış” elektron xidmətinə müraciətlərin sayı ötən ay da artmaqda davam edib. Belə ki, cari ilin iyul ayında bu e-xidmətə əvvəlki iyun ayı ilə müqayisədə 13,4 faiz, ötən ilin iyul ayına nisbətən isə 21,2 faiz çox olmaqla, 26 435 müraciət qeydə alınıb.
   “İş yerinə dair arayış” e-xidməti əmək fəaliyyəti ilə məşğul olan hər hansı vətəndaşa müvafiq hallarda real vaxt rejimində öz iş yerinə dair arayış əldə etmək imkanı verir. İstifadəçi portaldakı elektron arayış sisteminə daxil olduqdan sonra “İş yerinə dair arayış” e-xidmətini seçir. Bundan sonra istər ümumi təyinatlı, istərsə də konkret bir təşkilata təqdim etmək üçün, eyni zamanda istəyinə uyğun olaraq əmək haqqı göstərilməklə və ya göstərilmədən həmin arayışı əldə edir. Bu arayışı aidiyyəti quruma elektron şəkildə göndərmək, yaxud çap edərək kağız şəklində təqdim etmək də mümkündür. Bununla da qeyd olunan sənədin alınmasından ötrü vaxt sərf edərək işəgötürənə müraciət etməyə ehtiyac qalmır. “E-hökumət” portalının “Elektron arayışlar” bölməsində “Elektron arayışların yoxlanılması” xidməti isə arayışın təqdim edildiyi hər hansı quruma onun düzgünlüyünü, etibarlılığını yoxlamağa imkan verir.
   2014-cü ilin dekabrında istifadəyə verilən “İş yerinə dair arayış” elektron xidməti həmin vaxtdan da portalın elektron arayış sistemində mühüm yer tutub. Ötən dövrdə 622,3 mindən çox müraciətin qeydə alındığı “İş yerinə dair arayış” e-xidməti bu göstərici ilə elektron arayış sistemində müraciətlərin sayına görə ilk yerdədir. 17 növdə e-xidmətin göstərildiyi e-arayış sisteminə bu günə qədər müraciətlərin 48,7 faizi “İş yerinə dair arayış” e-xidmətinə yönəlib.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.