www.mlspp.gov.az
Azərbaycanca   English 24.04.2018 - cı il
Xəbər lenti

Gələn ay Bakıda “Dayanıqlı İnkişaf Məqsədlərinə doğru, davamlı inkişafın və layiqli əməyin təbliği” mövzusunda Beynəlxalq Konfrans keçiriləcək                    Azərbaycan Prezidenti cənab İlham Əliyevin əmək pensiyalarının indeksləşdirilərək artırılması barədə Sərəncamı pensiyaçıların 94 faizinə şamil olunacaq

İctimaiyyətlə əlaqələr / Press-Relizlər
17.07.2017

Cari ilin birinci yarımilində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 61,2 min nəfəri peşə hazırlığı, əlavə təhsil kurslarının təşkili və peşəyönümü tədbirlərinə cəlb edib

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi cari ilin yanvar-iyun aylarında  61 230  nəfər şəxsi peşə hazırlığı, əlavə təhsil kurslarına və  peşəyönümü tədbirlərinə cəlb edib.
Belə ki, işçi qüvvəsinin əmək bazarının tələblərinə uyğunlaşdırılması və rəqabət qabiliyyətinə malik olması üçün görülən işlərin davamı olaraq, son 6 ayda nazirlik yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 2 286  nəfər şəxs üçün peşə hazırlığı və əlavə təhsil kursları təşkil olunub. Kurslarda ənənəvi və modul tədris üsulları əsasında kompyuter istifadəçisi, dərzi, avtomobil təmiri üzrə çilingər, elektrik montyoru, xalçaçılıq, mebel quraşdırıcısı, qənnadçı, əməliyyatçı mühasib, elektrik qaynaqçısı və s. peşələr öyrədilib.
 Qeyd olunan dövrdə nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinə isə 120 nəfər gənc qəbul olunub. Mərkəzdə sağlamlıq imkanları məhdud gənclər yeni peşələrə yiyələnməklə bərabər, burada peşə təlimində olduqları müddətdə dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət və s. ilə də təmin olunublar.
Cari ilin birinci yarımilində gənclərin əmək bazarının tələbləri əsasında  düzgün peşə və ixtisas seçiminə köməklik göstərilməsi üçün əsasən orta ümumtəhsil məktəblərində peşəyönümü tədbirləri də davam etdirilib. Bu tədbirlərə ümumilikdə  58 824 nəfər gənc cəlb olunub. Onlara əmək bazarında mövcud vəziyyət, işəgötürənlərin peşə və ixtisaslara olan tələbləri haqqında ətraflı məlumatlar, peşəyönümü məsləhətləri verilib.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.