www.mlspp.gov.az
Azərbaycanca   English 23.09.2017 - cı il
Xəbər lenti

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BƏT-in Şərqi Avropa və Mərkəzi Asiya ofisinin rəhbəri ilə görüş olub                    Pensiya qanunvericiliyindəki son dəyişikliklərlə bağlı növbəti seminar-müşavirə keçirilib

İctimaiyyətlə əlaqələr / Press-Relizlər
12.07.2017

Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sisteminə 8,8 milyon dəfədən çox müraciət qeydə alınıb

Cari ilin iyun ayında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sisteminə 279 438 müraciət qeydə alınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 2 dəfə çoxdur.

Müraciətlərin 239 316-sı “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” elektron xidmətinə, 16 808-i “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidmətinə, qalanı isə “İş yerinə dair arayış” e-xidmətinə aid olub.

Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi əmək münasibətlərinin və bu münasibətlərdə baş verən dəyişikliklərin elektron qeydiyyatının aparılması yolu ilə rəsmiləşdirilməsinə və şəffaflaşdırılmasına xidmət edir. Sistem həmçinin işçilərə onlarla əlaqədar sistemə daxil edilən bildirişlər barədə məlumat öyrənmələrinə, onlara lazım olan məlumatları elektron sənəd kimi formalaşdıra və ya kağız formasında çap edə bilmələrinə imkan verir. İşçilərin və işəgötürənlərin qanunvericilikdən irəli gələn hüquqlarının əsaslı təminat vasitəsi olan bu sistem eyni zamanda əmək münasibətlərinin əhatəli uçotunun aparılmasına, bu sahə ilə bağlı real vəziyyəti əks etdirən məlumat bazasının formalaşmasına şərait yaradıb. 

Təsadüfi deyil ki, hazırda Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi dünyada ən mütərəqqi təcrübə nümunələrindən biri kimi qəbul edilərək yüksək dəyərləndirilir. Ötən ay isə BMT-nin ixtisaslaşdırılmış qurumu olan Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən bu sistem “Çempion layihə” mükafatına layiq görülüb.

“Elektron hökumət” portalında geniş istifadəçi kontingenti ilə seçilən Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sisteminə tətbiqinə başlanıldığı 2014-cü ilin iyul ayından bəri 8,8 milyon dəfədən çox müraciət qeydə alınıb.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.