www.mlspp.gov.az
Azərbaycanca   English 23.07.2017 - cı il
Xəbər lenti

Bakıda Dövlət Məşğulluq Xidmətinin potensialının gücləndirilməsinə yönələn növbəti seminar keçirilir                    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 80 nəfər əlilliyi olan şəxs Nabran istirahət zonasına yola salınıb

İctimaiyyətlə əlaqələr / Press-Relizlər
10.07.2017

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha 50 nəfər əlilliyi olan şəxsi Quba rayonundakı istirahət mərkəzinə göndərib

Cari ildə nazirlik tərəfindən artıq 965 nəfər əlilliyi olan şəxsin istirahəti təşkil edilib

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslərin istirahətinin təşkili işlərinin davamı kimi, bu təbəqədən olan daha 50 nəfər xüsusi nəqliyyat vasitəsi ilə Quba rayonunda yerləşən istirahət mərkəzinə göndərilib. 

Yola salınan əlilliyi olan şəxslər onların sosial-iqtisadi hüquq və azadlıqlarının təmin olunması, maddi və mənəvi tələbatlarının ödənilməsi sahəsində ölkəmizdə aparılan dövlət siyasətindən razılıqla bəhs ediblər. Onlar diqqət və qayğı ilə əhatə olunduqlarına, habelə səfalı guşələrdə istirahət etmələrinə imkan yaradıldığına görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Həmin insanların yola salınması zamanı ölkəmizdə sosial cəhətdən həssas qrupların, o cümlədən əlilliyi olan şəxslərin etibarlı sosial müdafiə sistemi ilə təmin olunması, onlara cəmiyyətin digər üzvləri ilə bərabər imkanların yaradılması sahəsində görülən tədbirlər diqqətə çatdırılıb. Bildirilib ki, aparılan işlərin bir istiqaməti də əlilliyi olan şəxslərin hər il yaz-yay mövsümündə istirahətinin təşkil olunmasına yönəlib. Cari ildə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu istiqamətdə müvafiq işlər aparılır.

Belə ki, nazirliyin “2017-ci il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən, bu il 1100 nəfərdən çox əlilliyi olan şəxsin istirahətinin təşkil olunması nəzərdə tutulub. Cari ilin yaz-yay mövüsümü başlanandan bəri onlardan artıq 965 nəfərin  istirahətinin təşkil edilməsi təmin olunub. Həmin şəxslərin 400 nəfəri Xaçmaz (Nabran), 365 nəfəri Lənkəran, qalan hissəsi isə Quba rayonunda yerləşən istirahət mərkəzlərinə göndəriliblər.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.