www.mlspp.gov.az
Azərbaycanca   English 20.04.2018 - cı il
Xəbər lenti

Gələn ay Bakıda “Dayanıqlı İnkişaf Məqsədlərinə doğru, davamlı inkişafın və layiqli əməyin təbliği” mövzusunda Beynəlxalq Konfrans keçiriləcək                    Azərbaycan Prezidenti cənab İlham Əliyevin əmək pensiyalarının indeksləşdirilərək artırılması barədə Sərəncamı pensiyaçıların 94 faizinə şamil olunacaq

Struktur / Nazirliyin tabeliyində olan müəssisələr / Naxçıvan Uşaq Bərpa Mərkəzi

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
Naxçıvan Uşaq Bərpa Mərkəzi

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində fəaliyyət göstərən Naxçıvan Uşaq Bərpa Mərkəzi sağlamlıq imkanları məhdud uşaqların tibbi, sosial, tədris-peşə reabilitasiyasını həyata keçirir. Mərkəzin məqsədi tibbi, sosial, tədris-peşə reabilitasiya tədbirlərinin aparılması yolu ilə sağlamlıq imkanları məhdud uşaqların sosial stasunun bərpa edilməsini və onların cəmiyyətə inteqrasiyasını təmin etməkdir. Mərkəzin əsas vəzifə və funksiyaları sağlamlıq imkanları məhdud uşaqların tibbi, psixoloji, tədris-peşə diaqnostikasını təyin etmək, onların reabilitasiya potensialını təyin etmək, tibbi, sosial, tədris-peşə reabilitasiyasını həyata keçirmək, həmçinin, onların şəxsiyətinin korreksiyası məqsədi ilə kompleks psixoloji, pedaqoji tədbirlərin həyata keçirilməsidir.

Mərkəzə rəhbərliyi Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri tərəfindən vəzifəyə təyin və azad olunan baş həkim həyata keçirir. Mərkəzə qəbul Tibbi-sosial ekspertiza komissiyaları, müalicə-profilaktika müəssisələri, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göndərişləri əsasında həyata keçirilir. Xəstələrin reabilitasiyası stasionar və ambulator olaraq aparılır. Mərkəzdə 3 şöbə fəaliyyət göstərir: İnformasiya-məsləhət və tədris şöbəsi; tibbi-sosial reabilitasiya şöbəsi; funksional diaqnostika şöbəsi.

Bakı Uşaq Bərpa Mərkəzi Yaponiya istehsalı olan müasir diaqnostika aparatları və avadanlıqları ilə təchiz edilmişdir. Bunlara ən müasir rentgen aparatı, elektroensefaloqrafiya aparatı, elektrokardioqrafiya aparatı, elektromioqraf aparatı, ultrasəslə müayinə aparatı, spiroqraf, çoxlu sayda fizioterapevtik avadanlıqlar, müalicəvi vannalar, müxtəlif idman qurğuları və s. göstərmək olar.

Reabilitasiya planına uyğun olaraq xəstələrin kompleks şəkildə müalicəsi aparılır. Buraya kinezoterapiya (müalicəvi bədən tərbiyəsi), fizioterapiya (elektrostimulyasiya, induktotermiya, fonofarez, elekrofarez, ultrasəslə müalicə, lazer müalicəsi, müalicəvi vannalar, parafinlə müalicə və s.), masaj, hovuz müalicəsi, psixoterapiya, loqoped işi, əmək terapiyası, musiqi terapiyası, əl əməyi işi və s. aiddir.

Tədris-peşə reablitasiyası Mərkəzin fəaliyyətində xüsusi əhəmiyyət daşıyır. Burada müəyyən tədris metodikaları həyata keçirilir, musiqi terapiyası aparılır, həmçinin əmək terapiyası aparılmaqla sağlamlıq imkanları məhdud uşaqlara xüsusi əmək vərdişləri aşılanır. Çoxlu sayda sağlamlıq imkanları məhdud uşaqlar müxtəlif əl işləri ilə məşğul olaraq xüsusi bacarıq nümayiş etdirirlər. Mərkəz uşaq əlilliyi reabilitasiyası sahəsində qabaqcıl təcrübələrin öyrənilməsi əsasında yeni reabilitasiya metodları hazırlayaraq təcrübədə uğurla həyata keçirir.
Naxçıvan Uşaq Bərpa Mərkəzinin ünvanı: Naxçıvan şəhəri

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.