www.mlspp.gov.az
Azərbaycanca   English 16.10.2018 - cı il
Xəbər lenti

ƏƏSMN-nin sifarişi ilə 21 rayon və şəhərdə icma əsaslı sosial reabilitasiya mərkəzləri fəaliyyət göstərir                   Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 45 539 nəfərdir

Struktur / Nazirliyin tabeliyində olan müəssisələr / Bakı Uşaq Bərpa Mərkəzi

Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
Bakı Uşaq Bərpa Mərkəzi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində fəaliyyət göstərən Bakı Uşaq Bərpa Mərkəzi sağlamlıq imkanları məhdud uşaqların tibbi, sosial, tədris-peşə reabilitasiyasını həyata keçirir.

Mərkəzin məqsədi tibbi, sosial, tədris-peşə reabilitasiya tədbirlərinin aparılması yolu ilə sağlamlıq imkanları məhdud uşaqların sosial stasunun bərpa edilməsini və onların cəmiyyətə inteqrasiyasını təmin etməkdir. Mərkəzin əsas vəzifə və funksiyaları sağlamlıq imkanları məhdud uşaqların tibbi, psixoloji, tədris-peşə diaqnostikasını təyin etmək, onların reabilitasiya potensialını təyin etmək, tibbi, sosial, tədris-peşə reabilitasiyasını həyata keçirmək, həmçinin, onların şəxsiyətinin korreksiyası məqsədi ilə kompleks psixoloji, pedaqoji tədbirlərin həyata keçirilməsidir.
Mərkəzə rəhbərliyi Əmək və Əhalinin Sosial Müdafiəsi naziri tərəfindən vəzifəyə təyin və azad olunan baş həkim həyata keçirir. Mərkəz 2003-cü ilin oktyabr ayından etibarən fəaliyyət göstərir.

Mərkəzə qəbul Tibbi-sosial ekspertiza komissiyaları, müalicə-profilaktika müəssisələri və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göndərişləri əsasında həyata keçirilir. Xəstələrin reabilitasiyası stasionar və ambulator olaraq aparılır.

Mərkəzdə 3 şöbə fəaliyyət göstərir: İnformasiya-məsləhət və tədris şöbəsi; tibbi-sosial reabilitasiya şöbəsi; funksional diaqnostika şöbəsi.

Bakı Uşaq Bərpa Mərkəzi Yaponiya istehsalı olan müasir diaqnostika aparatları və avadanlıqları ilə təchiz edilmişdir. Bunlara ən müasir rentgen aparatı, elektroensefaloqrafiya aparatı, elektrokardioqrafiya aparatı, elektromioqraf aparatı, ultrasəslə müayinə aparatı, spiroqraf, çoxlu sayda fizioterapevtik avadanlıqlar, müalicəvi vannalar, müxtəlif idman qurğuları və s. göstərmək olar.

Reabilitasiya planına uyğun olaraq xəstələrin kompleks şəkildə müalicəsi aparılır. Buraya kinezoterapiya (müalicəvi bədən tərbiyəsi), fizioterapiya (elektrostimulyasiya, induktotermiya, fonofarez, elekrofarez, ultrasəslə müalicə, lazer müalicəsi, müalicəvi vannalar, parafinlə müalicə və s.), masaj, hovuz müalicəsi, psixoterapiya, loqoped işi, əmək terapiyası, musiqi terapiyası, əl əməyi işi və s. aiddir.

Tədris-peşə reablitasiyası Mərkəzin fəaliyyətində xüsusi əhəmiyyət daşıyır. Burada müəyyən tədris metodikaları həyata keçirilir, musiqi terapiyası aparılır, həmçinin əmək terapiyası aparılmaqla sağlamlıq imkanları məhdud uşaqlara xüsusi əmək vərdişləri aşılanır. Çoxlu sayda sağlamlıq imkanları məhdud uşaqlar müxtəlif əl işləri ilə məşğul olaraq xüsusi bacarıq nümayiş etdirirlər.

Bakı Uşaq Bərpa Mərkəzi mütəmadi olaraq Respublika Uşaq Nevroloji Xəstəxanası, Respublika Uşaq Klinik Xəstəxanası, Respublika Uşaq Ruhi-Əsəb Dispanseri, Respublika Protez və Ortopediya Mərkəzi, Respublika Əlillərin Bərpa Mərkəzi, həmçinin, rayon və şəhər uşaq tibb müəssisələri ilə sıx əlaqələr saxlayır. Mərkəz uşaq əlilliyi reabilitasiyası sahəsində qabaqcıl təcrübələrin öyrənilməsi əsasında yeni reabilitasiya metodları hazırlayır və təcrübədə müvəffəqiyyətlə həyata keçirir.

 

Bakı Uşaq Bərpa Mərkəzinin ünvanı:
Bakı şəhəri, Nərimanov rayonu,
Tarzən Hacı Məmmədov küçəsi -12.

 

 

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.