www.mlspp.gov.az
Azərbaycanca   English 20.04.2018 - cı il
Xəbər lenti

Gələn ay Bakıda “Dayanıqlı İnkişaf Məqsədlərinə doğru, davamlı inkişafın və layiqli əməyin təbliği” mövzusunda Beynəlxalq Konfrans keçiriləcək                    Azərbaycan Prezidenti cənab İlham Əliyevin əmək pensiyalarının indeksləşdirilərək artırılması barədə Sərəncamı pensiyaçıların 94 faizinə şamil olunacaq

Protez-Ortopedik Bərpa Mərkəzinin Naxçıvan bölməsi

Protez-Ortopedik Bərpa Mərkəzinin Naxçıvan bölməsi Naxçıvan Muxtar Respublikasında yaşayan əlillərə protez-ortopedik bərpa xidməti göstərən istehsalat müəssisəsidir. Müəssisə müasir texnologiya əsasında əlillər üçün protez-ortopedik məhsulların (protez, ortez, korset, ortopedik ayaqqabı) və digər reabilitasiya məmulatlarının istehsalı, xəstə və əlillərin xəstəliklərinin diaqnostikası və stasionar müalicəsi istiqamətində fəaliyyət göstərir. İstehsalat sahəsindən və stasionar şöbədən ibarət olan müəssisədə əlillər velo və kresloarabalar, qoltuqaltı və dirsəkaltı ağaclar, əsa, eşitmə aparatları və s. ilə təmin edilirlər. 

Müəssisə öz fəaliyyətində Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, digər normativ aktları, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının və Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının qərarlarını, özünün Əsasnaməsini rəhbər tutur. 

Müəssisədə əlillərin dayaq-hərəkət sisteminin itirilmiş funksiyalarının bərpası, protez-ortopedik məhsulları ilə təminat, əlillərin tibbi-sosial reabilitasiyasının həyata keçirilməsi, protez-ortopedik məmulatların tibbi-texniki və biomexaniki sınaqlarının keçirilməsi, protezləşdirmənin keyfiyyətini müəyyənləşdirmək üçün müasir metodların işlənib hazırlanması, bu sahələr üzrə mütəxəssislərin hazırlanması, protez-optopedik məhsulların istehsalında yeni konstruksiyaların, texnologiyaların və elmi nailiyyətlərin geniş tətbiq edilməsi, xəstə və əillərin məlumat bankının yaradılması istiqamətində işlər görülür.

Müəssisə tərəfindən xəstə və əlillərə ambulator, stasionar və səyyar şəkildə protez-ortopedik xidmət göstərilir, reailitasiya terapiyası, protezləşdirmə və ortezləşdirmə vasitəsi ilə əlillərin tibbi-sosial reabilitasiyası həyata keçirilir. Müəssisənin stasionarında bütün növ amputasiya olunmuş əlillərin protezləşməyə hazırlanması, protezlə təmin edilmiş əlillərə protezlə hərəkət edilməsinin öyrədilməsi, onurğa sutunu zədələnmiş spinal əlillərin reabilitasiyası, skoliozlu uşaqların reabilitasiyası, uşaqların serebral iflicinin fəsadlarının, anadangəlmə bəzi qüsur və deformasiyaların aradan qaldırılması və s. istiqamətlərdə bərpa-müalicə tədbirləri həyata keçirilir.
Müəssisəyə rəhbərliyi Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri tərəfindən vəzifəyə təyin və azad olunan direktor həyata keçirir. 

Ünvan: Naxçıvan şəhəri

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.