www.mlspp.gov.az
Azərbaycanca   English 23.01.2018 - cı il
Xəbər lenti

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bərpa mərkəzlərində ötən il 39 762 nəfərə reabilitasiya xidmətləri göstərilib                    2017-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi  3,9 min nəfəri peşə kurslarına, 105,3 min nəfəri isə peşəyönümü tədbirlərinə cəlb edib

Protez-Ortopedik Bərpa Mərkəzi

Protez-Ortopedik Bərpa Mərkəzi əlillərə protez-ortopedik bərpa xidməti göstərən istehsalat müəssisəsidir. Mərkəz müasir texnologiya əsasında əlillər üçün protez-ortopedik məhsulların (protez, ortez, korset, ortopedik ayaqqabı) və digər reabilitasiya məmulatlarının istehsalı, xəstə və əlillərin xəstəliklərinin diaqnostikası və stasionar müalicəsi istiqamətində fəaliyyət göstərir. Müəssisə istehsalat sahəsindən və stasionar şöbədən ibarətdir. Mərkəzdə əlillər velo və kresloarabalar, qoltuqaltı və dirsəkaltı ağaclar, əsa, eşitmə aparatları və s. ilə təmin edilirlər. 

Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, digər normativ aktları, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının qərarlarını, özünün Əsasnaməsini rəhbər tutur. 

Mərkəzdə əlillərin dayaq-hərəkət sisteminin itirilmiş funksiyalarının bərpası, protez-ortopedik məhsulları ilə təminat, əlillərin tibbi-sosial reabilitasiyasının həyata keçirilməsi, protez-ortopedik məmulatların tibbi-texniki və biomexaniki sınaqlarının keçirilməsi, protezləşdirmənin keyfiyyətini müəyyənləşdirmək üçün müasir metodların işlənib hazırlanması, bu sahələr üzrə mütəxəssislərin hazırlanması, protez-optopedik məhsulların istehsalında yeni konstruksiyaların, texnologiyaların və elmi nailiyyətlərin geniş tətbiq edilməsi, xəstə və əillərin məlumat bankının yaradılması istiqamətində işlər görülür.

Müəssisə tərəfindən xəstə və əlillərə ambulator, stasionar və səyyar şəkildə protez-ortopedik xidmət göstərilir, reailitasiya terapiyası, protezləşdirmə və ortezləşdirmə vasitəsi ilə əlillərin tibbi-sosial reabilitasiyası həyata keçirilir. Mərkəzin stasionarında bütün növ amputasiya olunmuş əlillərin protezləşməyə hazırlanması, protezlə təmin edilmiş əlillərə protezlə hərəkət edilməsinin öyrədilməsi, onurğa sutunu zədələnmiş spinal əlillərin reabilitasiyası, skoliozlu uşaqların reabilitasiyası, uşaqların serebral iflicinin fəsadlarının, anadangəlmə bəzi qüsur və deformasiyaların aradan qaldırılması və s. istiqamətylərdə bərpa-müalicə tədbirləri həyata keçirilir.
Mərkəzə rəhbərliyi Əmək və Əhalinin Sosial Müdafiəsi naziri tərəfindən vəzifəyə təyin və azad olunan direktor həyata keçirir. 

Ünvan: Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi 3

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.