www.mlspp.gov.az
Azərbaycanca   English 23.01.2018 - cı il
Xəbər lenti

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bərpa mərkəzlərində ötən il 39 762 nəfərə reabilitasiya xidmətləri göstərilib                    2017-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi  3,9 min nəfəri peşə kurslarına, 105,3 min nəfəri isə peşəyönümü tədbirlərinə cəlb edib

Struktur / Nazirliyin tabeliyində olan müəssisələr / Əlillərin Bərpa Müalicə müəssisələri / Xaçmaz Əlillərin Regional Bərpa Mərkəzi

Xaçmaz Əlillərin Regional Bərpa Mərkəzi

   Xaçmaz Əlillərin Regional Bərpa Mərkəzi əlilliyi olan şəxslərin kompleks tibbi-sosial reabilitasiyasının həyata keçirilməsi üçün nəzərdə tutulan regional müəssisədir.

   Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərancamlarını, digər normativ-hüquqi aktları, həmçinin müəssisənin Əsasnaməsini rəhbər tutur.

   Mərkəz Xaçmaz rayonunda və ətraf rayonlarda yaşayan əlillərə kompleks tibbi-sosial reabilitasiya xidməti göstərmək yolu ilə onların sosial statusunun bərpa edilməsi və cəmiyyətə inteqrasiyası, onların tibbi, sosial, peşə diaqnostikası və reabilitasiyası, xəstəlikləri nəzərə alınmaqla dietik və rasional qidalanmasının təşkili, yaş və sağlamlıqlarını nəzərə alınmaqla mədəni-kütləvi tədbirlərə, müalicə idmanına cəlb edilməsi, onlarda gigiyenik vərdişlərin tərbiyə edilməsi, sağlam həyat tərzinin təbliği istiqamətində işlər görür. Müəssisədə bərpa müalicəsi alanlarla bağlı məlumat bankı yaradılır, bərpa müalicəsi alanların reabilitasiyasında müasir metodika və texnologiyalardan istifadə edilir, qabaqcıl təcrübələrin öyrənilməsi əsasında reabilitasiya metodları hazırlanaraq təcrübədə tətbiq olunur.

   Mərkəzə qəbul Tibbi-sosial ekspert komissiyalarının, müalicə-profilaktika müəssisələrinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göndərişlərinə əsasən həyata keçirilir. Mərkəzdə 16 yaşdan yuxarı bütün kateqoriyalardan olan əlillərə xidmət göstərilir.

   Mərkəzə rəhbərliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri tərəfindən bu vəzifəyə təyin və azad olunun Baş həkim həyata keçirir.
   
   Ünvan: Xaçmaz şəhəri, 


Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.