www.mlspp.gov.az
Azərbaycanca   English 20.04.2018 - cı il
Xəbər lenti

Gələn ay Bakıda “Dayanıqlı İnkişaf Məqsədlərinə doğru, davamlı inkişafın və layiqli əməyin təbliği” mövzusunda Beynəlxalq Konfrans keçiriləcək                    Azərbaycan Prezidenti cənab İlham Əliyevin əmək pensiyalarının indeksləşdirilərək artırılması barədə Sərəncamı pensiyaçıların 94 faizinə şamil olunacaq

Struktur / Nazirliyin tabeliyində olan müəssisələr / Əlillərin Bərpa Müalicə müəssisələri / Naftalan Əlillərin Regional Bərpa Mərkəzi

Naftalan Əlillərin Regional Bərpa Mərkəzi

   Naftalan Əlillərin Regional Bərpa Mərkəzi əlilliyi olan şəxslərin kompleks tibbi-sosial reabilitasiyasının həyata keçirilməsi üçün nəzərdə tutulan regional müəssisədir.

Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərancamlarını, digər normativ-hüquqi aktları, həmçinin müəssisənin Əsasnaməsini rəhbər tutur.
Mərkəz Naftalan şəhərində və ətraf rayonlarda yaşayan əlillərə kompleks tibbi-sosial reabilitasiya xidməti göstərmək yolu ilə onların sosial statusunun bərpa edilməsi və cəmiyyətə inteqrasiyası, onların tibbi, sosial, peşə diaqnostikası və reabilitasiyası, xəstəlikləri nəzərə alınmaqla dietik və rasional qidalanmasının təşkili, yaş və sağlamlıqlarını nəzərə alınmaqla mədəni-kütləvi tədbirlərə, müalicə idmanına cəlb edilməsi, onlarda gigiyenik vərdişlərin tərbiyə edilməsi, sağlam həyat tərzinin təbliği istiqamətində işlər görür. Müəssisədə bərpa müalicəsi alanlarla bağlı məlumat bankı yaradılır, bərpa müalicəsi alanların reabilitasiyasında müasir metodika və texnologiyalardan istifadə edilir, qabaqcıl təcrübələrin öyrənilməsi əsasında reabilitasiya metodları hazırlanaraq təcrübədə tətbiq olunur.

   Mərkəzə qəbul Tibbi-sosial ekspert komissiyalarının, müalicə-profilaktika müəssisələrinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göndərişlərinə əsasən həyata keçirilir. Mərkəzdə 16 yaşdan yuxarı bütün kateqoriyalardan olan əlillərə xidmət göstərilir.
Mərkəzə rəhbərliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri tərəfindən bu vəzifəyə təyin və azad olunun Baş həkim həyata keçirir.
   
   Ünvan: Naftalan şəhəri, N.Gəncəvi küçəsi 21


Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.