www.mlspp.gov.az
Azərbaycanca   English 23.10.2018 - cı il
Xəbər lenti

ƏƏSMN-nin sifarişi ilə 21 rayon və şəhərdə icma əsaslı sosial reabilitasiya mərkəzləri fəaliyyət göstərir                   Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 45 539 nəfərdir

Struktur / Nazirliyin tabeliyində olan müəssisələr / Sosial Xidmət Müəssisələri / 1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsi

1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsi

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsi  etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən asılı olmayaraq 5-18 yaşlı təhsilə cəlb olunmayan sağlamlıq imkanları məhdud uşaqlara  sosial xidmətlərin göstərilməsi üçün nəzərdə tutulub.

Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində 1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra bu müəssisədə uşaqların normal yaşayışı və onların müxtəlif reabilitasiya tədbirlərinə cəlb olunması üçün müasir tələblərə uyğun şərait yaradılıb.

Müəssisədə müvafiq təbəqədən olan uşaqlar münasib yaşayış şəraiti ilə təmin edilir, onlara müəyyən edilmiş rejimə və fərdi iş planına uyğun xidmət və qayğı göstərilir, onlarla mədəni-kütləvi iş aparılır, həmin uşaqların abilitasiyası və reabilitasiyası həyata keçirilir. Həmçinin uşaqların yaşı və sağlamlıq imkanları nəzərə alınaraq onların ilkin biliklərə və peşə bacarıqlarına yiyələnməsi, yaşlarından və sağlamlıq imkanlarından asılı olaraq fiziki tərbiyəsi,  rasional, o cümlədən diyetik yeməklərlə təminatı və s. istiqamətlərdə müvafiq işlər aparılır.

Ünvanı: Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, M.Əzizbəyov küçəsi 84.

Tel: 454-87-25, 454-42-47

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.