www.mlspp.gov.az
Azərbaycanca   English 23.10.2018 - cı il
Xəbər lenti

ƏƏSMN-nin sifarişi ilə 21 rayon və şəhərdə icma əsaslı sosial reabilitasiya mərkəzləri fəaliyyət göstərir                   Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 45 539 nəfərdir

Struktur / Nazirliyin tabeliyində olan müəssisələr / Sosial Xidmət Müəssisələri / Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsi

Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsi


Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsi özünəqulluq qabiliyyəti, habelə onlara qulluq və köməklik göstərə biləcək əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri olmayan pensiya yaşına çatmış şəxslər üçün nəzərdə tutulub. Burada həmin şəxslər daimi olaraq yaşayış şəraiti, qida, geyim və tibbi xidmətlə təmin olunurlar.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında son illərdə Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində əsaslı təmir və yenidənqurma işləri aparılıb, burada yaşayış şəraiti əhəmiyyətli şəkildə yaxşılaşdırılıb, bütün kommunal sistemlər yenilənib, binanın ətrafında abadlıq və yaşıllaşdırma işləri görülüb. Eyni zamanda, Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsi üçün 5 mərtəbəli 170 yerlik yeni korpus inşa olunaraq müvafiq təbəqədən olan insanların istifadəsinə verilib.

Bu sosial xidmət müəssisəsində pensiya yaşına çatmış şəxslərin yaşayışı, keyfiyyətli sosial xidmətlərlə təmin olunmaları, asudə vaxtlarını mənalı keçirmələri üçün müasir tələblərə cavab verən şərait mövcuddur. Burada kitabxana və idman zalları, müəyyən əl işləri hazırlamaq üçün emalatxanalar və s. sakinlərin istifadəsindədir. Müəssisədə yaşayan insanların sağlamlığına da xüsusi diqqət göstərilir, vaxtaşırı olaraq tibbi müayinədən keçirilirlər.


Ünvanı: Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, H.Hacıağa küçəsi 24

Telefon: 455-74-04

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.